BDU-da "Şuşa İli”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" oyunu keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı və BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə fakültə tələbələri arasında "Şuşa İli”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışması keçirilib.
11 komandanın iştirak etdiyi yarışmada 24 sual səsləndirilib.
Münsiflər heyətinin qərarına əsasən, yarışmada I yeri “BDU könüllüləri”, II yeri “Zəfər”, III yeri “Dəmir yumruq” komandaları tutub.
Qaliblər medal, kubok, sertifikat və pul mükafatı ilə təltif olunublar.
Tarix: 27-12-2022, 15:16
Xəbəri paylaş