Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev: "Gənclərə peşə seçimində köməklik göstərməliyik"



Gənclərin müxtəlif xarici dil bacarıqları çox vacibdir. Onların dünyagörüşünün inkişaf etməsi və öz peşələrində bacarıqlarının artırılması bununla bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan “Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.
O hazırda təhsillə bağlı bütün məlumatların internetdə olmasının vacibliyə də toxunub. Gənclərin ixtisas seçimi zamanı düzgün qərar verə bilməməsindən bəhs edən Emin Əmrullayev bu istiqamətdə valideynlərlə də çalışılmasının vacibliyini qeyd edib: “Çünki görünən problemlərdən biri də odur ki, gənclərimizin bəziləri təhsil ocaqlarına daxil olanda ümumiyyətlə, seçdikləri peşə haqqında məlumatları olmur. Bu istiqamətdə Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi bərabər bir layihə üzərində çalışır. Doğurdan da çox maraqlı bir layihədir və bu gənclər üçün peşə seçimində bir dəstəkdir, köməklikdir. Digər problemlər də odur ki, bəzən bizim gənclərimiz ali məktəbi bitirirlər və sonradan peşələrini dəyişmək qərarına gəlirlər. Bu zaman onlar vaxtlarını itirirlər və burada biz daha çox çalışmalıyıq, izah etməliyik ki, peşə seçimini düzgün etsinlər. Bunun üçün müxtəlif vasitələr var”, - deyə nazir qeyd edib.


Tarix: 22-12-2022, 09:00

Xəbəri paylaş