Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU tələbələri “CanSat Azərbaycan 2023” müsabiqəsi barədə məlumatlandırılıb

Dekabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsi ilə bağlı tələbələr üçün məlumatlandırma tədbiri keçirilib.
Tədbirdə “Azərkosmos”da layihələrin idarə edilməsi üzrə menecer  Nigar Əliyeva  təmsil etdiyi qurumun fəaliyyəti və həmçinin “CanSat” model peyk müsabiqəsi barədə geniş təqdimatla çıxış edib. N.Əliyeva kosmosun vacibliyi, Azərbaycanda Milli kosmik sənayesinin tarixi,  yerüstü peyk idarəetmə mərkəzləri və onların fəaliyyəti, həmçinin CanSat layihəsinin məqsədi haqqında tələbələrə ətraflı məlumat verib.
Müsabiqə şərtləri və qayadalarla tələbələri ətraflı tanış edən N.Əliyeva müsbiqədə əsas hədəfin komandalar tərəfindən kiçik peyk modeli hazırlanmalı olduğunu deyib. O, həmçinin qeyd edib ki, model peyk raketqaldırıcı ilə müəyyən edilmiş hündürlükdən yerə enərkən və eniş fazasından sonrakı müddətdə təyin olunmuş missiyanı yerinə yetirməlidir.
Qeyd edək ki, “CanSat Azərbaycan 2023” müsabiqəsinin məqsədi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılmasına, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılmasına və yerli kadrların yetişdirilməsinə yönəlib. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqların elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradılacaq. Müsabiqəyə qeydiyyat 28 dekabr tarixində başa çatır və qaliblərə  pul mükafatları veriləcək, həmçinin qaliblər “Azərkosmos”da təcrübə əldə etmək imkanı yaradılacaq.  Sonda tələbələrin sualları cavablandırıblar.


Tarix: 21-12-2022, 13:30

Xəbəri paylaş