Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Zəfər bayramına həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə baş tutan toplantıda Zəfər bayramına həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqənin keçirilməsinin əsas məqsədi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Vətən müharibəsində qazandığı şanlı Qələbənin təbliği, habelə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmi əməkdaşların əlavə stimullaşdırılmasıdır. Müsabiqədə institutun elmi əməkdaşları iştirak ediblər.
Baş direktorun əmri ilə institutun icraçı direktoru, professor Müşviq Atakişiyevin sədrliyi ilə müvafiq müsabiqə komissiyası (üzvlər elmi katib, dosent Leyli Allahverdiyeva və aparıcı elmi işçi, dosent Famil Rüstəmov) yaradılıb. Müsabiqəyə təqdim olunmuş məqalələr institutun əməkdaşı olmayan kənar ekspertlər tərəfindən qiymətləndirilib.
Müsabiqəyə öz elmi araşdırmaları əsasında təqdim olunmuş məqalələri ilə qatılan bütün əməkdaşlara təşəkkürünü bildirən prof. N.İmanov qaliblərə fəxri diplomlar təqdim edib.
Müsabiqə institutun şöbələri və elmi əməkdaşları arasında keçirilib. Əməkdaşlar arasında aparıcı elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov 1-ci, aparıcı elmi işçi, i.f.d., dosent Nəsimi Əhmədov və elmi işçi Minarə Ağayeva 2-ci, aparıcı elmi işçi, i.f.d., dosent Təbriz Yadigarov, aparıcı elmi işçi Tanrıverdi Paşa və böyük elmi işçi Çingiz Baxış 3-cü yerin qalibləri olublar. Qaliblərə pul mükafatı verilib.
Elmi şöbələr arasında keçirilmiş müsabiqədə institutun İnklüziv sosial inkişaf şöbəsi 1-ci yeri tutub.  Diplom şöbənin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevaya təqdim edilib. Qalib şöbəyə pul mükafatı da veriləcək.
Elmi şuranın üzvləri qalibləri təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar! 

Tarix: 21-12-2022, 17:30

Xəbəri paylaş