Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Şuşa İli”-nə həsr olunmuş Tələbələrin 71-ci Elmi Texniki konfransı başa çatıb

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa İli”-nə həsr olunmuş Tələbələrin 71-ci Elmi Texniki konfransı başa çatıb.
Bağlanış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı konfransın əhəmiyyətindən danışıb və gənc alim və elmi işçilər üçün vacibliyini qeyd edib. Konfransın təşkilindən danışan rektor, professor Mustafa Babanlı konfransdakı məruzələri, konfransın elmi potensialını və xüsusilə gənclərin fəallığını yüksək dəyərləndirib.
“Şuşa İli”-nə həsr olunmuş Tələbələrin 71-ci Elmi Texniki konfransına 9 bölmə üzrə qəbul olunan 398 tezisdən texniki və plagiat yoxlamadan sonra 238 məqalə və tezis qəbul olunub. Onlayn və oflayn formatda keçiriləcək konfransda 95 məqalə və 143 tezis dinlənilib.
3 gün müxtəlif bölmələrdə öz işini davam etdirən konfransda yekunda hər bölmə üzrə fərqlənən tələbələrə fərqlənmə diplomu təltif olunub. 9 bölmə üzrə 20 tələbə diploma layiq görülüb.


Tarix: 17-12-2022, 11:28

Xəbəri paylaş