Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da Əhməd Cavadın 130 illik yubileyinə həsr edilən elmi konfrans

 



Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əhməd Cavadın 130 illik yubileyinə həsr edilən “Azərbaycan filoloji fikri çağdaş tədqiqatlarda” mövzusunda Respublika elmi konfransı təşkil olunub.
Fakültənin dekan müavini dosent Mehriban Əlizadə tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq keçirildiyini deyib. O, görkəmli şairin yaradıcılığından danışıb, ədəbi-bədii dilimizin inkişafında onun mühüm rolu olduğunu vurğulayıb. 
Plenar iclasda BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlının “İstiqlal şairi Əhməd Cavad”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının magistrantı Firuzə Qaloyevanın “Bədii ədəbiyyatda Əhməd Cavad obrazı” mövzularında məruzələri dinlənilib.
  Məruzələrdə Əhməd Cavadın yaradıcılığının ölkəmizdə və onun hüdudlarından kənarda, xüsusilə Türkiyədə tədqiqi və təbliği istiqamətində təşkil olunan tədbirlərdən, şairin yaradıcılığının poetik özəlliklərindən bəhs edilib.
Sonra Əhməd Cavadın ömür yolundan bəhs edən videoçarx nümayiş olunub, tələbələrin ifasında şairin şeirləri səsləndirilib.


Tarix: 19-12-2022, 16:16

Xəbəri paylaş