Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ECAR Erasmus+ layihəsinin Belçikada növbəti təlim proqramı öz işinə başlayıb




Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən EFMD Global qurumuna təşkil olunub.

12-16 dekabr tarixlərini əhatə edən tədbirin məqsədi Avropa təcrübəsinin mənimsənilməsi və ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidməti / DAAD-nin nümayəndələri iştirak edirlər.

Səfər müddətində EFMD Global və digər Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti kimi olduqca mühüm mövzularda seminarlar və təqdimatlar keçirilməkdədir.

Təlimdə Azərbaycan Texnologiya Universitetini Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova təmsil edirlər.
 


Tarix: 16-12-2022, 22:48

Xəbəri paylaş