Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Venesuelanın səfiri ADNSU-da olub



Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

Qonağı salamladıqdan sonra rektor, professor M.Babanlı universitetin tarixi, tədris prosesi, əcnəbi tələbələr, əməkdaşlıq əlaqələri, ikili proqram layihələri, Azərbaycan-Fransız Universiteti (UFAZ), Startap layihələri, həmçinin beynəlxalq əlaqələr haqqında ətraflı məlumat verib. Vaxtilə ən çox əcnəbi tələbələrin təhsil aldığı ali təhsil müəssisəsi olan ADNSU-da hazırda 518 əcnəbi tələbənin olduğunu bildirən rektor M.Babanlı Venesueladan olan əcnəbi tələbələrin cəlb olunmasında, o cümlədən Venesuela universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.
ADNSU-da olmaqdan məmnun olduğunu deyən səfir K.A.M.Berroteran ölkələr arasındakı dostluq münasibətlərini nəzərə alaraq ölkə başçıları tərəfindən irəli sürülmüş əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verildiyini deyib. Neft sahəsi ilə yanaşı, qeyri-neft sektorunda, həmçinin bərpa olunan enerji sahələrində əlaqələrin qurulması və inkişafı, müəllimlərin təkmilləşdirmə proqramlarının həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə həmçinin iki ölkə arasında elm və təhsil təcrübələrini bölüşmək, qarşılıqlı əməkdaşlığın qurulması məsələləri müzakirə olunub. Süni intellekt, kompüter mühəndisliyi, xüsusən də neft və energetika sahələrində birgə əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətindən danışılıb.
Sonra səfir universitetin tarix muzeyində olub, universitetə aid tarixi eksponatlarla tanış olub və fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.   
 
 09/12/2022


Tarix: 10-12-2022, 13:41

Xəbəri paylaş