Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edəcək
Dekabrın 23-də Saatlı rayonunda Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarında qeydiyyatda olan vətəndaşların qəbulu keçiriləcək. Qəbulda iştirak etmək istəyən qeyd olunan rayonların sakinləri 15 dekabr 2022-ci il (saat 18:00-dək) Təhsil Nazirliyinin 146-6 nömrəli Çağrı Mərkəzinə zəng, Nazirliyin saytının əlaqə bölməsi vasitəsilə elektron (https://edu.gov.az/az/contact) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Tarix: 9-12-2022, 15:05
Xəbəri paylaş