Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə müsahibələr keçirilir

Yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir.
Müsahibə mərhələsi dekabrın 20-dək davam edəcək.
 Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibədə 700-ə yaxın, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsahibədə isə 600-ə yaxın namizəd iştirak hüququ qazanıb.


Tarix: 7-12-2022, 15:00

Xəbəri paylaş