Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təqdimatı olub



Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təqdimatı olub. 
Görüşdə müxtəlif bölgələrdə çalışan gənc müəllimləri özündə birləşdirən AGMA-nın fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, 2020-ci ildən dövlət qeydiyyatına alınan AGMA gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradır, innovativ inkubasiya imkanlarını təbliğ edir. AGMA-nın əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir. 
Qurumun sədri Rüfət Əsədzadə tələbələrə “Tələbə, məzun yox, təcrübəli məzun” mövzusunda təlim keçib. Görüşdə “gencmuellim.az” platformasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma müəllimlərə davamlı öyrənmə imkanları yaradır. Hazırda platformada 3500-dən çox aktiv müəllim və 18 müxtəlif kurs mövcuddur. 
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. 


Tarix: 6-12-2022, 15:21

Xəbəri paylaş