Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan və Türkiyə universitetləri kibertəhlükəsizliklə bağlı birgə tədqiqatlar aparacaq


Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda onlayn keçirilən elmi-praktik konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Texniki Universitetdən məlumat verilib.
AzTU, Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda kafedra əməkdaşları sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələləri, kiber-fiziki sistemlərdə autentifikasiya metodları, sosial şəbəkələrdə yayılmış fişinq hücumları, elektron poçt sistemlərinin təhlükəsizliyi problemləri, informasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirilməsi metodları, sıfır bilik verməklə isbat əsasında kriptovalyutalar və kibertəhlükəsizlik laboratoriyaların qurulmasına yanaşmalar mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrlə bağlı aparılan müzakirələrdə qeyd olunan mövzularda birgə tədqiqatların aparılması təklif edilib.


Tarix: 5-12-2022, 13:47

Xəbəri paylaş