Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq yarışın qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbələri Aytac Kazımlı və Roman Tolstoşeyev Çinin “Huawei” şirkətinin təşkil etdiyi İKT yarışmasında iştirak ediblər.
 
Ali Məktəbdən bildirilib ki, Aytac “Networking”, Roman isə “Computing” yarışması üzrə uğur qazanıb və şirkət tərəfindən hədiyyə qazanıblar.
 
7-ci dəfə keçirilən bu yarışda Azərbaycan tələbələri ilk dəfə iştirak ediblər. Azərbaycanın müxtəlif universitetlərindən ümumilikdə 11 tələbə qeydiyyatdan keçib, 3 nəfər birinci mərhələni müvəffəqiyyətlə başa vuraraq Milli finalda iştirak edib. Onlardan 2-si BANM tələbəsidir.
 


Tarix: 5-12-2022, 11:30

Xəbəri paylaş