Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-nun Qazax filialında “Şuşa – dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransı









Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şuşa – dünən, bu gün, sabah”  mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfrans öz işinə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Şuşanın 270 illiyinə həsr olunmuş videoçarx təqdim olunub. 
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov konfransa 13 müxtəlif elmi-tədqiqat mərkəzi və ali təhsil müəssisəsindən 133 elmi məqalə təqdim olunduğunu bildirib. Təqdim olunmuş elmi işlərin gələcəkdə kitab şəklində çap ediləcəyini qeyd edən natiq həmin toplunun gənc tədqiqatçılar, tələbə və magistrantlara töhfə olacağını söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun tarixi Qələbə qazandığını, 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızda üçrəngli bayrağımızı ucaltdığını qeyd edib. O, ölkə başçısının imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” 7 may 2021-ci il tarixli, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamlarının əhəmiyyətindən söz açıb.
Plenar iclasda BDU-nun Qazax filialının dosenti İmaş Hacıyev, baş müəllimi Ülviyyə Bayramova, AMEA Gəncə bölməsinin böyük elmi işçisi Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə, Azərbaycan Aqrar Universitetinin dosenti Elvin Abbasov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Elvira Əfəndiyeva müxtəlif mövzularda çıxış ediblər.
Plenar iclas başa çatdıqdan sonra konfrans öz işini 4 bölmədə davam etdirib. Bölmə iclasları “Şuşa: 270 ilə tarixi ekskursiya. Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu”, “Şuşanın təhsil və maarifçilik ənənələri”, “Şuşanın Azərbaycanın ədəbi irsində yeri”, “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi” mövzularına həsr olunub. 


Tarix: 28-11-2022, 11:50

Xəbəri paylaş