Türkiyənin TED Universitetinin rektoru BDU-da
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Respublikasının TED
Universitetinin rektoru İhsan Sabunçuoğlu ilə görüşüb.
Rektor Elçin Babayev qonağa BDU-nun tarixi, strukturu, burada tədris və elm fəaliyyəti
ilə bağlı məlumat verib. Qeyd edib ki, ölkənin ən qədim və böyük universiteti olan BDU-
nun bazasında indiyədək 4 universitet yaradılıb. 25 minə yaxın tələbəsi olan BDU-nun
16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-
innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə
kadr hazırlığı həyata keçirilir.
Rektor son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, dünyanın
müxtəlif ölkələri ilə ikili diplom proqramları və əməkdaşlıq müqavilələrinin imzalandığını
qeyd edib. Vurğulayıb ki, qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın
genişləndirilməsi BDU üçün prioritet təşkil edir.
TED Universitetinin rektoru İhsan Sabunçuoğlu rəhbərlik etdiyi ali təhsil müəssisəsi
barədə məlumat verib. Dünyanın 35 ölkəsindən tələbələrin təhsil aldığı TED
Universitetində tədrisin ingilis dilində təşkil olunduğunu bildirib. O, BDU ilə kompüter
elmləri, informasiya texnologiyaları, dəqiq elmlərin digər sahələri üzrə əməkdaşlıq
imkanlarının olduğunu vurğulayıb.
Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran
məsələlər müzakirə olunub.
Tarix: 25-11-2022, 23:26