Elm və Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin adı dəyişdirildi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin adı dəyişdirildi.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsi adlandırılıb
Tarix: 23-11-2022, 00:08
Xəbəri paylaş