Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da "Zəfərin izi ilə" mövzusunda tədbir



Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika və Tarix fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə "Zəfərin izi ilə" adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev və Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Xumar Səfərova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdə gənclərin rolundan bəhs edib, BDU-da bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Vətən müharibəsində qələbəni qanı ilə yazan müqəddəs şəhidlərimizin arasında 20 BDU məzunu da var. Onların xatirəsi daim əziz tutulur, ehtiramla yad edilir. 
Daha sonra tələbələr tərəfindən vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib. 
Tədbirin sonunda tələbələr  "Mən Azərbaycanlıyam" musiqisinin sədaları altında Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar.
 


Tarix: 21-11-2022, 21:30

Xəbəri paylaş