Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilər “BUCA IMSEF-2022” beynəlxalq elm müsabiqəsinin qalibi olublar








Türkiyənin İzmir şəhərində “BUCA IMSEF-2022” beynəlxalq elm müsabiqəsinin qaliblərinin onlayn mükafatlandırılması tədbiri keçirilib.
Bu beynəlxalq elmi layihə müsabiqəsində final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət - Riyaziyyat Humanitar elmlər təmayüllü liseyin X sinif şagirdi Rəsul Həsənli və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin X sinif şagirdi Taleh Musayev biologiya fənni üzrə hazırladıqları innovativ layihə bürünc medala layiq görülüb.
Dünyanın 19 ölkəsinin 912 layihə ilə qatıldığı müsabiqədən 108 təqdimat qalib olub ki, onlardan biri də respublikamızdan yeganə qalib gələn layihədir.
Müsabiqə 31.10.2022 - 11.11.2022 ci il tarixlərində Türkiyənin İzmir şəhərində keçirilib.
Qeyd edək ki, məktəblilər müsabiqəyə təqdim etdikləri elmi layihəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Fizioloji fəal üzvi birləşmələr laboratoriyasında kimya elmləri doktoru Əfsun Sucayevin rəhbərliyi altında yerinə yetiriblər.
Qeyd edək ki, artıq üçüncü dəfə təşkil olunan “BUCA IMSEF” beynəlxalq müsabiqənin əsas məqsədi orta məktəb şagirdlərini elmi və texnoloji tədqiqatlara həvəsləndirmək, dünyanın hər yerindən eyni yaş qrupundan olan gəncləri bir araya gətirmək, elmi və mədəni mübadilə etmək, onların bu sahədə inkişafına dəstək olmaqdır.


Tarix: 14-11-2022, 11:48

Xəbəri paylaş