Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da şəhid məzunların adına auditoriyalar açılıb





Noyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr - Zəfər Günü qeyd olunub və bayram günündə universitetin 23 şəhid məzununun hər birinin adına auditoriyaların açılışı olub.
Universitetin professor-müəllim heyətinin, şəhid məzunlarımızın valideynləri və yaxınlarının, o cümlədən, tələbələrin iştrak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı Zəfər Gününün 2-ci ildönümü münasibətilə hər kəsi təbrik edib və xalqımızın ən şanlı qələbəsi olan 8 Noyabr zəfərinin tariximizə qızıl hərflərlə yazıldığını deyib. Qələbəni şərtləndirən əsas amillərdən söz açan rektor, professor Mustafa Babanlı 44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordu-Xalq biriliyi və xalqımızın öz tarixi torpaqlarına sahib olmaq istəyi nəticəsində torpaqlarımızın qısa müddətdə düşmən tapdağından azad olunduğunu deyib.
Rektor, professor Mustafa Babanlı bizə öz canları bahasına bu qələbə sevincini yaşadan şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb və onların xatirəsinin hər zaman uca tutulacağını bildirib. O, universitetdə şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində 23 şəhid məzunumuzun hər birinin adına auditoriyalar yaradıldığını iştırakçıların diqqətinə çatdırıb.
Universitetin Akt zalında başlanan tədbir Vətən müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış kompleksin, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önünə əklil qoyulması ilə davam edib.
Sonra şəhidlərimizin valideynlərinin və yaxınlarının iştirakı ilə onların qəhrəman övladlarının adlarına olan auditoriyaların açılışı olub. Hər bir şəhidimizin adına olan auditoriyada həmin şəhidimizin həyat və döyüş yolundan bəhs edən stendlər quraşdırılıb.
Auditoriyaların açılışından sonra tədbir nahar süfrəsində davam edib. Şəhidlərin ailə üzvləri və yaxınları çıxışlarında övladları ilə bağlı xatirələrini bölüşüb, şəhidlərə göstərilən diqqət və ehtirama görə, dövlətimizə, universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.











Tarix: 10-11-2022, 16:37

Xəbəri paylaş