Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN-QƏLƏBƏN MÜBARƏK AZƏRBAYCAN





         Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən zəbt olunması hər zaman məni də bir Azərbaycanlı kimi düşündürürdü. İnanırdım ki, bu torpağın, xalqın bir lideri, sərkərdəsi bir gün gəlib bu torpaqları işğaldan azad edəcək. Çünki zamanında Şah İsmayıl Xətai dövründə 2,8 milyon kvadrat kilometr ərazidə Böyük Səfəvilər dövləti qurulmuşdur. 1813 və 1828-ci illərdən başlayaraq Azərbaycan torpaqları kənar dövlətlərin müdaxiləsi nəticəsində parçalana-parçalana digər dövlətlərin ərazisinə qatılmışdır. Nəhayət,  1993-cü ilin 15 iyununda belə bir lider Heydər Əliyevin xalqın iradəsi və tələbi ilə hakimiyyətə qayıtması bu işin başlanğıcını qoydu. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu torpaqların erməni qəsbkarlarından azad olunması üçün çox işlər görülsə də ölkəmizin o dövrki, iqtisadi gücü buna imkan vermirdi.

“Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.   Heydər Əliyev


        Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.
        Elə ilk günlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir". Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı.
Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.
       1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 8 ölkənin 13  ən böyük şirkəti arasında  Saziş imzalandı.Əsrin neft müqaviləsi Azərbaycanın gələcəyinin inkişafının təməli və qarantı oldu.
        Məhz Ulu öndər Heydər Əliyev zamanında demişdirki,mən İlham Əliyevə özümə inandığım qədər inanıram.Mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev davam etdirərək başa çatdıracaq. İlham Əliyev 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilərkən and içmə mərasimində çıxışında demişdir – “Mən hər bir azərbaycanlının Prezidenti olacağam,” – söyləyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng işlərlə bir daha sübut etdi ki, birmənalı olaraq hər bir azərbaycanlının Prezidentidir. Onun müdrik rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.Bu illər ərzində bütün yerli və xarici görüşlərində hər zaman bəyan etmişdi ki, Azərbaycanın bir qarışda olsa torpağı düşmən tapdağında qalmayacaq.

             “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm

          Bəli, dahi lider Heydər Əliyev bilirdi ki, liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki, ölkəmizə uzun müddət dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Məhz ona özü qədər inandığını və Azərbaycanın gələcəyinə böyük ümidlər bəslədiyinin nəticələrini bu gün bütün dünya görür.Və bu gün ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev sevimli xalqına etdiyi tarixi müraciətində əminliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
          Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyondan çox iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Ölkə Prezidenti deyirdi: "Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq". Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu.Ən əsas məsələ isə bütün dünyanı bürüyən COVID-19 pandemiyasıdır ki, bu gün Azərbaycan pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Belə ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Azərbaycanda bütün sahələrdə sabitlik təmin edildi, əhalinin məşğulluq problemləri müsbət həllini tapdı və sadə vətəndaşın rifah halı iqtisadi inkişafının əsas prioritetlərindən birinə çevrildi. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar qəfil fəlakət zamanı öz sözünü deyə bildi.
        "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm",-deyən Azərbaycan Prezidenti İlham Əliyevin qalib lider olaraq bütün öhdəliklərini reallaşdırmaqdadır.Məhz Heydər Əliyev dühası və onun varisi İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir. İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir.Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmədə aparılan islahatlarda əvvəlcə məmur-vətəndaş təmaslarından elektrona, indi isə elektrondan rəqəmsala keçid baş verir. Eyni zamanda, dövlət idarəetmə islahatları məcburetmədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir. Çünki İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur. Cənab İlham Əliyev fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Bütün bunlar cənab İlham Əliyevə Azərbaycanı arzuladığı və bəyan etdiyi kimi müasir dövlətə, əhalisinin sosial rifah halında cəmiyyətə çevrilməsinə imkan verəcəkdir.
          Müharibənin başlanmasından çox-çox qabaq Ali Baş Komandan hərbi taktika, hücum strategiyası, manevrlər və sairi ən incə detallarına qədər müəyyən etmişdi.
Bu plan birbaşa İlham Əliyevin olduqca məhdud dairədə işləyib hazırladığı inanılmaz dərəcədə mükəmməl hərbi taktika idi.Hərbi məxfilik maksimum qorunmuşdu, ən xırda əməliyyata belə İlham Əliyev şəxsən rəhbərlik edirdi.Həm informasiya savaşında, həm meydanda, həm siyasi savaşlarda bütün zərbələri İlham Əliyev öz öhdəsinə çəkmişdi.


Yadınızdadırsa Ali Baş Komandan 44 günlük müharibə dövründə demək olarki,tək Ermənistan respublikası ilə hərbi mübarizədən başqa həmdə Ermənistanın bütün dünyada olan havadarları ilə siyasi savaş aparırdı.Həmin zaman İlham Əliyev xarici jurnalistlərə müsahibə verərkən “BBC NEWS”-in müxbirinə demişdir: "Prokuror kimi danışırsan,niyə".


        Hər şey incəliyinə qədər düşünülmüş bir taktika, idealcasına hazırlanmış strategiya idi.
İlham Əliyev sanki 17 il ancaq və ancaq buna hazırlaşmışdı; XTQ-nin yaradılmasına qədər, Türkiyədə təhsil alan zabitlərin yetişməsinə qədər, xüsusi hazırlanmış əsgərlərə, PUA-lara qədər.Hər şey qələbə planının tərkib hissəsi olaraq illərlə qurulmuşdu. Hətta 44 günlük müharibə zamanı Azərbaycan ordusunun sürətli manevrləri və ordu qüvvələrinin yerdəyişmələri ABŞ hərbi dairələrini də heyran qoymuşdu.
Azərbaycan Vətən savaşını Baş Qərargah rəisi olmadan qazanan bəlkə də dünyada yeganə ölkədir!Bu da İlham Əliyevin taktikası idi, bunu da düşməni duyuq salmamaq üçün hesablamışdı.Bu savaşda Baş Qərargah rəisi də, XİN də, nazir də, təbliğatçı da İlham Əliyev özü idi və bunu bacardı, buna nail oldu!
İkinci Qarabağ savaşının bir özəlliyi də odur ki, ələ keçirilən mövqelərin heç biri bir dəfə də olsun, geri verilmədi; Ordumuz bircə mövqedən də  geri çəkilmədi: Yalnız və yalnız irəli getdi, mövqe aldı, şəhərləri və kəndləri azad etdi!
Son 19 ildə qalibin məğlub üzərində qələbəsinin qalib lideri İlham Əliyev  44 günlük Vətən müharibəsi zamanı  mahir doplomat və sərkərdə qabliyyətini ortaya qoydu. 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə QƏLƏBƏ ili ilə Azərbaycan tarixinə yazıldı. Və Azərbaycan 44 gündə son 200 ilin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində "Qarabağ Azəbaycandır və Qələbə Nida"-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir.Bu sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən tarixi qələbəsidir! 
 
ATA VƏSİYYƏTİNİN REALLAŞDIRILMASI.
 
Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ali Baş Komandanımız 44-cü günün son həftə sevincini də xalqına çatdıran Azərbaycan Prezidenti İlham Əliyev cənablarının "Biz öz Vətənimizə, doğma Qarabağımıza qaydırıq!" xəbəri Azərbaycan xalqına verdiyi ən böyük müjdəsidir!
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Böyük qələbəni al qanı ilə yazan Şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".Bu 44 gün həm də Ulu Öndər Heydər Əliyevin Prezident İlham Əliyev haqqında dediyi "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin hər keçən gün bir daha öz təsdiqini tapır.Bəli, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı,Bağanis Ayrım,Malıbəyli,Kərkicahan,Meşəli,Quşçular,Qaradağlı, Ağdaban və Ballıqaya qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 44 günlük Zəfər Qələbəsi «Qarabağ Azərbaycandır və nida işarəsi»-söyləyən Prezidentimiz son 19 ildə - hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur. Ən əsası isə, noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazılan tarixidir.

“Bir qarış torpağımızı belə heç kəsə verən deyilik - Qarabağ Azərbaycandır!”
Bəli, son 19 il Prezidentlik fəaliyyəti ərzində Ali Baş Komandanımız “bir qarış torpağımızı belə heç kəsə verən deyilik” xəbərdarlığının bu gün Azərbaycan xalqı, bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır!“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi»_deyən Müzəffər Ali Baş Komandan bu gün apardığı uğurlu, diplomatik siyasəti ilə sübut etdi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan. 
Bəli Azərbaycan xalqı bu gün xoşbəxtdir ki,200 ildir Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə Ali Baş Komandan, cənab Prezident İlham Əliyev uzun illər apardığı hərbi siyasi mübarizə ilə son qoydu.
Zəfərin mübarək Azərbaycan, Qələbən mübarək Azərbaycan.
Yaşa, var ol əziz Prezidentimiz İlham Əliyev.
Allah Şəhidlərimizə rəhmət eləsin,
Qazilərimizə Allah sağlamlıq nəsib etsin.
Allah möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevi, ordumuzu və xalqımızı qorusun.
 
Raqub Yunisov,
Bərdə Dövlət İdarəetmə və Texnologiya 
Kollecinin əməkdaşı


Tarix: 10-11-2022, 16:02

Xəbəri paylaş