Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda seminar keçirilib




Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, professor Elçin İsgəndərzadə açaraq Avropa Komissiyasının proqramları, onların əhəmiyyəti, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyi və rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə gələcək planları haqqında məlumat verib.
AMEA Rəyasət Heyəti aparatının Beynəlxlq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə fəaliyyət göstərən Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsi, çərçivə proqramları üzrə həyata keçirilmiş tədbirlər və perspektivləri diqqətə çatdırıb. Bildirilib ki, (MƏŞ) üzvləri müvafiq qurumlar və mütəxəssislərlə əlaqələr yaradır və məlumatlandırma fəaliyyətini mütəmadi həyata keçirir.
“Horizon Avropa” Proqramının Rəqəmsal, Sənaye və Kosmos üzrə MƏŞ, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Horizon Avropa” üzrə klasterlər və onların bölmələri, prioritet istiqamətləri, perspektivlər, çağırışlar və nəzərdə tutulan maliyyə imkanları haqqında ətraflı məlumat təqdim edib. Qeyd edilib ki, hazırkı layihə çağırışlarında rəqəmsal və kosmik texnologiyalara xüsusi yer verilir. Məruzəçi Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu tərəfindən hazırlanan layihə təklifini müzakirəyə çıxarıb və bu istiqamətdə imkanlar üzrə fikir mübadiləsi aparılıb.
Horizon Avropa Proqramının İqlim, Enerji və Mobillik üzrə MƏŞ, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov təşkilatların və mütəxəssislərin “Horizon Avropa” portalında qeydiyyatdan keçməsi üzrə təqdimat edib və əyani nümayiş etdirib. Məruzəçi layihə təkliflərinin tərtibi qaydaları haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin təmsil etdiyi institut tərəfindən “Horizon Avropa” Proqramı çərçivəsində həyata keçirilən layihə haqqında məlumat verib.
Tədbirdə Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun gənc mütəxəssisləri və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin baş mütəxəssisi, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova iştirak ediblər.  

https://science.gov.az/az/news/open/22575


Tarix: 2-11-2022, 16:56

Xəbəri paylaş