Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş









Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “44 günlük dastan” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov və universitetin Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfərdə gənclərimizin rolundan bəhs edilib, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının daim diqqət və qayğı ilə əhatə olunduğu bildirilib.
Qəhrəman döyüşçülərimizin tanıdılması məqsədilə keçirilən görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid əsgər və zabitlərimizin xatirəsi ehtiramla anılıb.
Vətən müharibəsi iştirakçıları Tural Abdullayev, Coşqun Şəfiyev, Vətən Süleymanov və Xəyyam Fərzəliyev keçdikləri döyüş yolları ilə bağlı xatirələrini danışıblar.
Sonra 44 günün qəhrəmanları tələbələrin suallarını cavablandırıblar.


Tarix: 2-11-2022, 16:47

Xəbəri paylaş