Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da “Bir ömrə sığmayam 44 gün" adlı tədbir keçirilib


Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Bir ömrə sığmayam 44 gün" adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu təkcə işğal altında olan torpaqlarımızı azad etməyib, xalqımızın döyüş ruhunun, mübarizə əzminin itmədiyini göstərib. Hazırda azad edilən torpaqlarımızda üçrəngli bayraqlarımız əzəmətlə dalğalanır. Doğma Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-tikinti işləri həyata keçirilir. 
Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli çıxışında ermənilərin  işğalçılıq siyasəti barədə gənclərə ətraflı məlumat verib, onları Azərbaycan tarixini dərindən öyrənməyə və informasiya müharibəsində erməni yalanlarına qarşı ayıq-sayıq olmağa çağırıb. 
Tədbirdə fakültənin Tələbə Gənclər Təşkilatının sədr müavini Milan İdrisova "Sən hər kəsin Vətənisən", I kurs tələbəsi Nailə Tağıyeva "Zəfər tariximiz" mövzularında çıxış ediblər. I kurs tələbələri Kübra Maqsudova və Fidan Əliyeva "Adını tarixə yazdı" və "Şəhidin son düşüncələri" şeirlərini səsləndiriblər. 
Tədbirin sonunda I kurs tələbəsi Aidə Kərimovanın Vətən müharibəsi şəhidləri haqqında hazırladığı videoçarx təqdim olunub. 
 


Tarix: 31-10-2022, 16:53

Xəbəri paylaş