Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da Avropa İttifaqının layihəsi çərçivəsində tərəfdaşlarla görüş olub



Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “XXI əsrdə sağlam və təhlükəsiz iş üçün sahələrarası bacarıqlar” layihəsi çərçivəsində tərəfdaşlarla görüş olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Görüşdə layihə tərəfdaşları olan Qərbi Ukrayna Milli Universiteti, Zaporojye Milli Politexnik Universiteti, Kiyev Milli İnşaat və Memarlıq Universiteti (Ukrayna), Bilbao Universiteti (İspaniya), KU Leuven Universiteti (Belçika), Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak ediblər.
ADNSU-nun rektoru professor Mustafa Babanlı əməkdaşlıqla bağlı layihələrin əhəmiyyətindən danışıb.
Sonra qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, yeni layihələrin tətbiqi barədə fikir mübadiləsi aparılıb.


Tarix: 28-10-2022, 13:30

Xəbəri paylaş