Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADA Universitetində "Dünya Xəzinələri - Azərbaycan" filminin xüsusi təqdimatı keçirilib



Oktyabrın 27-də ADA Universiteti Fondunun (Azərbaycan) tərəfdaşları olan "BP Azerbaijan" və Heydər Əliyev Fondunun təqdim etdiyi “Treasures of the World - Azerbaijan” ("Dünya Xəzinələri - Azərbaycan") filminin ADA Universitetində xüsusi təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Tələbə xidmətləri şöbəsinin meneceri Günel Əsgərova film barədə məlumat verib. O bildirib ki, tarixçi, yazıçı və "Dünya Xəzinələri"nin müəllifi və aparıcısı Bettani Hyuz tərəfindən çəkilən film "BBC World News" da daxil olmaqla bir çox beynəlxalq mətbuat orqanlarında və televiziyalarda yayımlanmaqdadır. Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.
Sonra film nümayiş etdirilib.
Film boyunca Bettani Hyuz Azərbaycanın möhtəşəm təbiətini, mədəniyyətini heyranlıqla təqdim edir: yerin altından çıxan qazın alovlarından tutmuş on min illərlə yaşı olan qədim qayaüstü rəsmlərədək. Onun fikrincə, əfsanəvi İpək yolunun möcüzələri bu diyarın təkcə ticarət deyil, həm də fikir mübadiləsinin aparıldığı yer olmasındadır. Qafqazın unikal mədəni irsini burada kəşf etmək mümkündür.


Tarix: 27-10-2022, 21:19

Xəbəri paylaş