Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İnklüziv sinif təşkil edilən məktəblərə metodik dəstək xidməti göstərilir



Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində inklüziv sinif təşkil olunan məktəblərə metodik dəstək xidməti göstərilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin əhatə dairəsinə daxil olan ümumi təhsil müəssisələrində keyfiyyətli inklüziv təhsilin tətbiqini təmin etmək məqsədilə müəllimlərə, korreksiyaedici pedaqoqlara, psixoloqlara və məktəb rəhbərliyinə mentorluq və fərdi təlim planları üzrə dəstək göstərilir. Mentorluq dəstəyi zamanı sözügedən pedaqoji və inzibati heyətlə əlilliyi olan şagirdlərin məktəbə və müəllimlərə adaptasiyası, sosiallaşması, həmçinin dərslərdə inklüziv təhsil metodlarından istifadə, tədris-təlim prosesində yaranan çətinliklər və onların aradan qaldırılması və valideynlərlə əməkdaşlıq kimi mövzulara dair müzakirələr aparılır, bu istiqamətlərdə təklif və məsləhətlər verilir. Bundan əlavə, mütəxəssislər tərəfindən müəllimlər, korreksiyaedici pedaqoqlar, məktəb psixoloqları və valideynlərə fərdi təlim planlarının tərtibi, təkmilləşdirilməsi və tətbiqi üzrə lazımi kömək göstərilir.
Metodik dəstək xidməti ilin sonunadək davam edəcək.


Tarix: 28-10-2022, 21:58

Xəbəri paylaş