Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Xarici ölkələrin ali məktəblərində dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2021/2022-ci tədris ilinin əvvəlinə 717 nəfər olub.
AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2022” adlı rəsmi statistik məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, onların 213-ü MDB məkanında, 504-ü isə digər ölkələrdə təhsil alır.
Tarix: 25-10-2022, 11:55
Xəbəri paylaş