Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“44 Günlük Dastan” layihəsi çərçivəsində ADNSU tələbələri ilə görüş keçirilib

     
  Oktybarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” İctiamai Birliyinin birgə təşkilatçılığı ilə “44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək 44 günlük Vətən müharibəsində yenilməz ordumuzun qazandığı tarixi zəfərdən danışıb və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış qəhrəmanlarımızın tanıdılması və gənc nəslə örnək olmasının vacibliyini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov,  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli və "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov çıxışlarında Azərbaycan ordusunun qüdrətindən bəhs ediblər və gənclərlə belə görüşlərin keçirilməsinin vacibliyini bildiriblər.
Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Əhliyət Mehdiyev, Cavid Həsənov, Daşqın İsgəndərov və Əfqan Zaxmayev çıxışları zamanı 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər. Qazilərimiz Vətən müharibəsində mərd oğullarımızın yüksək peşəkarlıq nümayiş etdirdiklərini, Vətənimizin ərazi bütövlüyünün təmin olunduğunu qeyd ediblər və qazandıqları əbədi zəfərlə qürur duyduqlarını bildiriblər.
Sonda qonaq qazilərimiz 44 günlük müharibə ilə bağlı tələbələrin suallarını cavablandırıblar, keçdikləri döyüş yolu haqqında tələbələrə daha ətraflı məlumat veriblər.


Tarix: 20-10-2022, 22:57

Xəbəri paylaş