Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanlı alimin adı “Dünyanın ən nüfuzlu alimləri”nin siyahısına daxil edilib

Azərbaycanlı alimin adı Hollandiyanın elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış “Elsevier” nəşriyyat şirkəti tərəfindən hər il dərc edilən “Dünyanın ən nüfuzlu alimləri”nin siyahısına daxil edilib. Siyahı ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən tərtib olunub.
AZƏRTAC xəbər verir ki, “Karyera boyu təsir” və “İllik təsir” kateqoriyaları üzrə hazırlanan siyahıda alimlərin ixtisaslı nəşrlərinin sayı, bu məqalələrin dərc olunduğu mətbu orqanın dünyada vacibliyi, alimlər tərəfindən alınan patentlərin miqdarı kimi bir çox amillər əsas götürülüb.
Universitetin son siyahısında həmyerlimiz, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdulla Sofiyevin (Avey) adı dünya azərbaycanlıları üzrə ən nüfuzlu 200 alim sırasında ilk yerdədir.
Qeyd edək ki, siyahılardakı adlar alimlərin fəaliyyətlərinə görə əldə olunan göstəricilərə əsasən sıralanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Tarix: 16-10-2022, 16:35

Xəbəri paylaş