ADNSU-da ilk dərs Anım Gününə həsr olunub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs 27 Sentyabr - Anım Gününə həsr olunub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Dərslərdə 2020-ci il sentyabrın 27-də erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri növbəti təxribatın qarşısının alınması məqsədilə Müzəffər Ordumuzun əks-hücum əməliyyatı zamanı torpaqlarımızın işğaldan azad edilməsindən danışılıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfərin tarixi əhəmiyyəti vurğulanıb.
Tarix: 27-09-2022, 21:06
Xəbəri paylaş