Şimal rayonlarında 475 nəfər təhsil tələbə kreditlərindən faydalanıb
Quba-Xaçmaz iqtisadi rayonu üzrə Təhsil Tələbə Kredit Fondunun (TTKF) kreditlərindən bu günə kimi ümumilikdə 475 nəfər faydalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun Quba və Xaçmaz rayonlarında şimal rayonlarının təhsil ictimaiyyəti üçün təşkil etdiyi təbliğat-təşviqat məqsədli görüşlərdə məlumat verilib.
TTKF-nin sədr müavini Tahir Xələfov tədbir iştirakçılarına Fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları haqqında ətraflı məlumat verib.
Görüşdə iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.
Görüşlərdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının təhsil işçiləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin buraxılış siniflərinin şagirdləri iştirak edib.
Tarix: 23-09-2022, 22:06