Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Son 5 il ərzində Azərbaycanda 32 mindən çox əcnəbi tələbə təhsil alıb


Son 5 il ərzində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən 5 il ərzində 32 min 233 əcnəbi tələbə ölkəmizdə təhsil alıb. Onların sayı 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci tədris ilində 6449 nəfər olub. Ötən 2021-2022-ci tədris ilində Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 102 ölkədən 7332 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Sözügedən tədris ilində ölkəmizdə təhsil alan əcnəbilərin vətəndaşlıqları sırasında ilk onluqda Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çin yer alıb.
Əcnəbi tələbələrin ən çox təhsil aldığı ali məktəblər Azərbaycan Tibb Universiteti, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universitetidir.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün əcnəbi tələbələrin qəbuluna dair statistik məlumat cari ilin sonuna doğru məlum olacaq.


Tarix: 23-09-2022, 16:25

Xəbəri paylaş