Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dortmund Texniki Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib


 
Almaniyanın Dortmund Texniki Universitetinin Fizika fakültəsinin professoru Dieter Suter Bakı Dövlət Universitetinin (BDU) Fizika, Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələrinin tələbələri üçün “Kvant kompüterləri növbəti nəsil superkompüter sayıla bilərmi?” (Are quantum computers the next generation supercomputers?) mövzusunda ustad dərsi keçib.
Professor Dieter Suter qeyd edib ki, ənənəvi rəqəmsal superkompüterlərin yüz min illər ərzində hesablaya biləcəyi əməliyyatları yeni nəsil kvant kompüterlər saniyələr içərisində yerinə yetirmə potensialına sahibdir. Hazırda strateji əhəmiyyətinə və təhlükəsizliyin qorumasına görə yüksək sürətə malik kompüterlərə daha çox ehtiyac duyulur. Əlbəttə ki, elmi laboratoriyaların tədqiqat-inkişaf layihələrinə daha çox diqqət və sərmayə ayrılması yeni nəsil texnologiyaların intensiv inkişafına və sənayenin müxtəlif sahələrində tətbiqinə, o cümlədən, süni intellekt və beşinci nəsil naqilsiz şəbəkənin insan həyatının müxtəlif sahələrinə daxil olmasına səbəb olub.
Professor Dieter Suter məruzəsində sosial həyatı və iqtisadiyyatı dəyişdirən rəqəmsal inqilab və Mur qanununa uyğun olaraq emal gücü eksponensial qanunla artan informasiya emalı cihazları haqqında ən son məlumatları verib. O bildirib ki, kvant mexanikası qanunlarına əsaslanan daha güclü və sürətli hesablama cihazlarının hazırlanmasında elmi-texniki problemlərin həlli üzrə intensiv tədqiqatlar aparılır. 
 


Tarix: 21-09-2022, 22:00

Xəbəri paylaş