Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin nəticələri açıqlanıb


“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq avqustun 30-dan sentyabrın 1-dək və sentyabrın 13-də sertifikatlaşdırmanın test mərhələsi keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, test mərhələsində ümumilikdə 11 min 133 müəllim iştirak edib. Onlardan 8 min 766-sı müəyyənləşdirilmiş keçid balını toplayıb.
Sentyabrın 12-dən 19-dək sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8 min 707 müəllim iştirak edib və onlardan 8 min 676-sı uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Yerli təhsili idarəetmə orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar təqdim olunacaq.
Sertifikatlaşdırmadan keçmiş 3 min 86 müəllimin vəzifə maaşına 35 faiz əlavə ediləcək, 5 min 590 təhsilverən isə 10 faiz əlavə alacaq.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəblərdə çalışan ibtidai sinif müəllimləri cəlb olunub


Tarix: 21-09-2022, 19:00

Xəbəri paylaş