Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Bilik yarışının öncülləri”


Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği hər zaman Dövlət İmtahan Mərkəzinin (DİM) diqqətindədir. Artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, ictimaiyyətə tanıdılması məqsədilə DİM bir sıra tədbirlər həyata keçirir.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, 1999-cu ildən başlayaraq “Abituriyent” jurnalının bir nömrəsi tamamilə bilik öncüllərinə həsr edilirdi. 2016-cı ildən etibarən  internet layihəsi istifadəyə verilib və abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur.
Qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclərə dair bu portalda indiyədək 25 mindən çox şəxs haqqında məlumat dərc olunub.
Layihənin missiyası yüksəkballı gənclərin təbliği ilə yanaşı bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.
DİM bu layihədə fəal iştirak etməyi və təcrübənin paylaşılmasını tövsiyə edir. Dövlət İmtahan Mərkəzinin müraciətində deyilir: “Bunun üçün Siz, “Şəxsi kabinet”inizin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmalısınız. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulur. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket-sorğusunu doldurmuş və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “bəli” cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək”.


Tarix: 20-09-2022, 22:47

Xəbəri paylaş