Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-nun Hirş indeksi 2022-ci ilin ilk 8 ayı ərzində 4 bal artıb




Təhsil-elm-istehsalat triadası üzrə kreativ düşüncəli və konvergens biliklərə malik mütəxəssislərinin hazırlanmasını, ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş sənaye yönümlü elmi-tədqiqat mərkəz və laboratoriyaların yaradılmasını özünün əsas prioritetlərindən biri kimi inkişaf etdirən Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi 53 olub.

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2022-ci ilin ilk 8 ayı ərzində BDU-nun Hirş indeksi 4 bal artaraq 53-ə çatıb. Hirş indeksi  alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir. Hər bir əsərə istinadların orta sayı isə 6.2-yə qədər yüksəlib.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3629 elmi əsər nəşr edilib. Bu əsərlərə 22000-dən çox istinad olunub. 2022-ci ilin ilk 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 162 əsər nəşr edilib və həmin əsərlərə 3400-dən çox istinad olunub.

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında liderliyini qoruyur.


Tarix: 20-09-2022, 13:48

Xəbəri paylaş