Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun bakalavr səviyyəsinə 3367 abituriyent qəbul olub



Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin ilk dərs gününə start verilib.
 
ADNSU-nun rektoru, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti auditoriyaları gəzib, bu il tələbə adını qazanmış gənclərin dərs şəraiti ilə tanış olublar.
 
Rektor tələbələrlə söhbət zamanı sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan söz açıb. Həmin gün düşmən təxribatının qarşısını alarkən, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Sonra professor M.Babanlı tələbələrə tövsiyyələr verib, onların yaxşı təhsil alması, ixtisaslı mütəxəssis kimi yetişməsi üçün universitetdə hər bir şərait yaradıldığını bildirib, ADNSU-nu seçdiklərinə görə onlara təşəkkür edib.
 
Qeyd edək ki, bu il ADNSU-ya bakalavr səviyyəsinə 3367, magistr səviyyəsinə isə 1255 abituriyent qəbul olub. Bundan əlavə, 464 tələbə ikinci ali təhsil almaq üçün  ADNSU-nu seçib. Ümumilikdə isə 2022-2023-cü tədris ilində ADNSU-nun bakalavr təhsil pilləsi üzrə qəbul planı 98,6 faiz təşkil edib.


Tarix: 16-09-2022, 23:28

Xəbəri paylaş