Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bölgələrdə məktəb açılışları olub




Sentyabrın 15-də Qəbələ rayonu Zarağan kənd 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. 

Açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Qəbələ rayon üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 

Bildirilib ki, məktəb binası 528 şagird yerlikdir. Yeni tikilmiş üçmərtəbəli məktəbdə kimya, biologiya, fizika kabineti daxil olmaqla 26 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman zalı, akt zalı, kitabxana, yeməkxana, hərbi təlim, tibb və arxiv otağları və həyatyanı stadion şagirdlərin istifadəsinə verilib.
 
***

Sentyabrın 15-də İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib. 

Açılış mərasimində elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev iştirak edib. 

Qeyd edilib ki, İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbində 12 sinif komplektində 224 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 20 nəfər müəllim məşğul olur.
 
***

Sentyabrın 15-də Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin yeni binasının açılış mərasimi keçirilib. 

Açılış mərasimində elm və təhsil nazirinin müşaviri Tural Ayvazlı, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov və Cəlilabad rayon təhsil sektorunun nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, sözügedən məktəb 624 şagird yerlikdir. Yeni tikilən məktəbdə 27 sinif otağı ilə yanaşı fənn kabinetləri, informatika kabinetləri, laboratoriyalar, qızlar və oğlanlar üçün ayrı-ayrı emalatxanalar, icma əsaslı məktəbəqədər təhsil üçün otaq və digər yardımçı otaqlar var. Bundan əlavə məktəbdə idman zalı və yeməkxana da fəaliyyət göstərir.

***       

Sentyabrın 15-də Oğuz rayonu Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəb üçün əsaslı təmir olunmuş tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, məktəbin direktoru Eyvaz Hacıyev, müəllim və şagird kollektivi iştirak edib. 

Bildirilib ki, 624 şagird yerlik tədris binasında 18 sinif otağı, kimya, biologiya, fizika kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və 2 texnologiya kabineti, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 120 nəfərlik akt zalı, qarderob, idman zalı, 120 nəfərlik bufet şagirdlərin istifadəsinə verilib. 
 
***

Sentyabrın 15-də Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik bina istifadəyə verilib. 

Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov və  təhsil işçiləri iştirak ediblər. 

Qeyd edilib ki, üç mərtəbədən ibarət məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. 2022-2023-cü tədris ilində təhsil müəssisəsində 477 şagird, məktəbəhazırlıq qrupunda isə 30 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 43 nəfər pedaqoji işçi çalışır.
 
***

Sentyabrın 15-də Balakən rayonunda Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, millət vəkili Nəsib Məhəməliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak edib.

Qeyd edilib ki, 360 şagird yerlik tədris binasında 15 sinif otağı, kimya, biologiya, fizika kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və 2 texnologiya kabineti, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 140 nəfərlik akt zalı, qarderob, idman zalı, 84 nəfərlik bufet şagirdlərin istifadəsinə verilib.
 
***

Sentyabrın 15-də Goranboy rayon Qaraçinar kənd tam orta məktəbinin əsaslı təmir edilmiş tədris binasının açılış mərasimi keçirilib. 

Açılış mərasimində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Seymur Nazarov, Goranboy-Naftalan təhsil sektorunun müdiri Xəyal Məmmədov iştirak ediblər.

Bildirilib ki, məktəb binası 480 şagird yerlikdir. İkimərtəbəli təhsil müəssisəsində 19 sinif otağı ilə yanaşı informatika kabinetləri, laboratoriyalar, müəllim otağı, elektrik otağı, həkim otağı, texniki otaq, akt zalı, idman zalı, idman otaqları, yeməkxana, qəbul otağı müəllim və şagirdlərin ixtiyarına verilib.
 
***

Sentyabrın 15-də Şabran rayonu S. Musayev adına Uzunboyad kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev iştirak ediblər. 

Bildirilib ki, 264 şagird yerlik binada sinif otaqları, müəllimlər otağı, kitabxana, kompüter otağı, tibb otağı, fənn kabinetləri, laboratoriyalar, akt və idman zalı, yeməkxana fəaliyyət göstərir.
 
 
 



Tarix: 16-09-2022, 11:55

Xəbəri paylaş