Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ağalı kənd məktəbinin direktoru: “Şagirdlərimizin yüksək səviyyədə təhsil almaları üçün hər bir şərait yaradılıb”



Məktəbimizdə artıq ilk zəng çalındı. Biz müəllimlər, şagirdlər buna görə çox sevinirik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova deyib.
“Müəllimlərimiz xoşbəxtdirlər ki, işğaldan azad edilmiş kəndimizdə dərs deyəcəklər. Bu hissləri heç bir sözlə ifadə etmək olmaz. Məktəbimiz müasir texnologiya ilə təmin edilib. Siniflərimizdə ağıllı lövhələrimiz var, şagirlərimizin yüksək səviyyədə təhsil almaları üçün hər bir şərait yaradılıb. Bütün şagirdlərimizə, çanta, planşet, kitablar paylanılıb. Bu şəraiti bizə yaradan Prezidentimizə minnətdarlığımızı bildirirəm”, - deyə o əlavə edib.


Tarix: 15-09-2022, 17:47

Xəbəri paylaş