BDU-nun məzunu Erkin Hüseynov qəhrəmancasına şəhid olub
Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanlar arasında Bakı Dövlət Universitetinin (BDU) məzunu Erkin Әdalәt oğlu Hüseynov da var.
Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirib. O, 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb.
Allah Erkinə və Vətən yolunda şəhid olan bütün qəhrəmanlarımıza rəhmət eləsin!
Tarix: 14-09-2022, 12:30
Xəbəri paylaş