Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türkiyə məktəblərində bu gün ilk zəng çalınıb


AZƏRTAC xəbər verir ki, ilk dərs günü təxminən 19 milyon şagird məktəbə gedib. 2022-2023-cü təlim-tədris ili üçün Türkiyənin Milli Təhsil Nazirliyinə bağlı ibtidai və orta təhsil müəssisələrində 1 milyon iki yüz min müəllim dərsə başlayıb.
Təhsil ilinə hazırlıq çərçivəsində məktəblərə 3,1 milyard türk lirəsi məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, Türkiyədə 2022-2023-cü tədris ilinin ilk tətili bu il noyabrın 14-dən 18-dək olacaq.
 
Günel MəlikovaAZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Tarix: 12-09-2022, 15:00

Xəbəri paylaş