Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UFAZ-da yeni tədris ilinə başlanılıb



Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) həm magistratura, həm də bakalavriat pilləsi üzrə 2022-2023-cü tədris ilinə başlanılıb.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.
Bu tədris ilinin payız semestrində yerli müəllimlərlə yanaşı, UFAZ-ın daimi əcnəbi müəllimləri, Strasburq və Renn 1 universitetlərindən dəvət olunan professor və müəllim heyəti də əyani qaydada tədris aparacaq.
Pandemiya qaydalarına uyğun olaraq 18 yaşı tamam olmuş tələbələr azı 1-ci doza vaksin və ya immunitet sertifikatı ilə universitetə buraxılıb. UFAZ məzunları ADNSU ilə yanaşı Fransanın Strasburq və Renn 1 universitetlərinin də diplomlarını alırlar.


Tarix: 12-09-2022, 18:30

Xəbəri paylaş