Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil Tələbə Krediti Fondunun hesabat-təqdimatı keçirilib


Sentyabrın 12-də Milli Məclisin deputatlarının iştirakı ilə Təhsil Tələbə Krediti Fondunun 2021/2022-ci tədris ilinin yekununa dair hesabat-təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev ölkəmizdə təhsilin inkişafına dövlət qayğısının bariz nümunəsi olan Təhsil Tələbə Kredit Fondunun fəaliyyət göstərdiyi bir il ərzində 2021/2022-ci tədris ili üzrə təhsil tələbə kreditlərinə dair hesabat təqdim edib, Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə məlumat verib.
Bildirilib ki, tədris ili ərzində təhsil tələbə krediti üçün Fonda 10597 müraciət daxil olub, 6815 tələbəyə təhsil tələbə krediti ayrılıb, bunlardan 2482-si sosial, 4333-ü standart təhsil tələbə kreditinin payına düşüb. Fondun İdarə Heyətinin sədri ən çox rəsmiləşmə aparılmış iqtisadi regionlar, təhsil müəssisələri və ixtisaslar üzrə statistik məlumatları görüş iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə təhsil tələbə kreditlərinə müraciətlərin daha da asanlaşdırılması üçün son dövrlərdə görülən işlər barədə deputatlara məlumat verilib. Bildirilib ki, tətbiq olunmuş yeniliklərə əsasən, təhsil tələbə krediti almaq istəyən tələbələr öz ərizələrini notariat ofisinə getmədən, “Mobil notariat” tətbiqi vasitəsilə təsdiqlədə bilərlər. Fondun Himayəçilik Şurasına tələbələrin standart təhsil krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddinin 300-dən 250-yə salınması təklif edilib və bu təklif Himayəçilik Şurası tərəfindən qəbul edilib. A.Paşayev burada məqsədin təhsil kreditini daha əlçatan etmək olduğunu qeyd edib.
Görüş çərçivəsində deputatlar tərəfindən Fondun yaratdığı imkanlardan daha çox tələbənin yararlanmasını təmin etmək üçün bir sıra rəy və təkliflər səsləndirilib, təhsil tələbə krediti üçün müraciət edən tələbələri ən çox maraqlandıran suallar müzakirə edilib.



Tarix: 12-09-2022, 22:15

Xəbəri paylaş