Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da təkrar ali təhsilə qəbul olunmaq üçün müraciət etmiş iddiaçılarla görüş keçirilib

Sentyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı təkrar ali təhsil almaq üçün müraciət etmiş iddiaçılarla görüşüb.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun direktoru dosent Hamlet Hüseynov, fakültə dekanları və təkrar ali təhsil almaq üçün müraciət etmiş iddiaçılar iştirak ediblər.
Görüşdə çıxış edən rektor, professor M.Babanlı 2022/2023-cü tədris ilində ADNSU-da təkrar ali təhsilin qiyabi şöbəsinə qəbul olunmaq üçün müraciət etmiş iddiaçıları universitetdə salamlayaraq, ADNSU-da tədris prosesi, elmi-tədqiqat işləri, yeni layihələr, əməkdaşlıq və digər məsələlər haqqında məlumat verib.
ADNSU-da son illər görülən işlər, yeniliklər və çatışmazlıqlardan danışan rektor, professor M.Babanlı tədris prosesində müasir və innovativ texnologiyaların tətbiqi, innovativ tədris mühitinin yaradılması istiqamətində görülən genişmiqyaslı işlər sayəsində bu gün universitetdə təhsilin bütün pillərinə marağın artdığını qeyd edib. ADNSU-da təkrar ali təhsil almaq üçün 490 nəfər iddiaçının ərizə ilə müraciət etdiyini qeyd edən rektor M.Babanlı onlardan 474 nəfərin sənədlərinin münasib sayıldığını bildirib.
Qeyd edək ki, ADNSU-da təkrar ali təhsil almaq üçün müraciətləri qəbul olunmuş 474 nəfər iddiaçının diplomları yoxlanılmaq üçün Elm və Təhsil Nazirliyinə göndərilib.  




Tarix: 8-09-2022, 21:42

Xəbəri paylaş