Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə növbəti görüş keçirilib



Erasmus+” proqramı çərçivəsində ali təhsildə potensialın gücləndirilməsi profili üzrə yerinə yetirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti görüş keçirilib. Görüşdə layihə konsorsiumunun üzvü olan universitetlərin prorektorları və digər rəhbər şəxslər iştirak ediblər. Tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) rektorun beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov təmsil edib.
Görüşdə layihənin 3-cü iş planı paketinin, o cümlədən Rektorlar Konfransının Strateji Planının və 2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planının hazırlanmasına dair məsələlər müzakirə edilib. Bildirilib ki, layihənin xarici tərəfdaşlarından olan Fransa Təhsil İnstitutunun bələdçiliyi ilə icra edilən 3-cü iş planının icrasına cari ilin mart ayından başlanılıb və bu istiqamətdə Bakı Biznes Universiteti və Fransa Təhsil İnstitutunun iştirakı ilə bir sıra onlayn görüşlər keçirilib. Bildirilib ki, bu müddət ərzində müvafiq iş planına uyğun olaraq layihə çərçivəsində yaradılacaq komitələrlə bağlı qərar qəbul etmək məqsədilə 20 universitetdən 48 prorektorun iştirakı ilə sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən milli səviyyədə mövcud olan ehtiyaclar, eləcə də sorğudan əldə edilmiş nəticələr əsasında müvafiq komitələrin yaradılması qərara alınıb. Belə ki, Litvanın Mykolas Romeris Universitetinin nəzarəti altında Təhsil İşləri və Keyfiyyət təminatı, İsveçin Kral Texnologiya Universitinin nəzarəti altında Elmi işlər, Polşa Rektorlar Konfransının nəzarəti altında Ali Məktəblərin strateji idarəedilməsi, Belçikanın EFMD akkreditasiya təşkilatının nəzarəti altında Beynəlxalq Əlaqələr və Fransanın Təhsil İnstitutunun nəzarəti altında Tələbə İşləri üzrə komitələrin fəaliyyət göstərməsi nəzərdə tutulur. Qeyd edilib ki, ilk təlim CPU/FEI tərəfindən CRUE, KTH, MRU/LURK və CRASP-nin iştirakı ilə 2022-ci ilin oktyabrında təşkil olunacaq. Daha sonra Strateji Planın tərtib edilməsi üzrə yaradılmış işçi qrupu arasında iş bölgüsü aparılıb, nəzərdə tutullan tapşırıqların icra mexanizmləri müzakirə edilib.


Tarix: 9-09-2022, 21:46

Xəbəri paylaş