Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mərkəzi Elmi Kitabxana ilə Macarıstanın ELTE Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb





AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) prioritet istiqamətlərindən biri də dünya ölkələrinin kitabxanaları, kitabxana işinin inkişafı ilə məşğul olan elm, təhsil, mədəniyyət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsidir. MEK ilə Macarıstanın Eotvos Lorand Universiteti (ELTE) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, müqaviləni MEK-in baş direktoru professor Məmməd Əliyev, Macarıstan Respublikasının Eotvos Lorand Universitetinin (ELTE) rektoru professor Laslo Borhi və icraçı direktor Miklos Rozgonyi imzalayıb. Müqavilədə əməkdaşlıq çərçivəsində hər iki müəssisənin çap və elektron nəşrlərinin mübadiləsi, müvafiq ədəbiyyatların əldə edilməsi, qarşılıqlı informasiya dəstəyi, kitab sərgilərinin təşkili, elektron resursların hazırlanması və işlənməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri öz əksini tapıb.
Qeyd edək ki, MEK öz imkanlarını daha da genişləndirmək, beynəlxalq əlaqələrini gücləndirmək üçün dünyanın bir sıra qabaqcıl ölkələrinin kitabxanaları, elm, təhsil, mədəniyyət təşkilatları ilə davamlı və uğurlu əməkdaşlıq həyata keçirir.


Tarix: 7-09-2022, 18:00

Xəbəri paylaş