Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri Bakı üzrə məktəb direktorları ilə görüşüb


Avqustun 27-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. 
 
Görüşdə əvvəlcə pedaqoji heyətin vəzifə maaşlarına əlavələrlə bağlı qərar müzakirə edilib, qarşılıqı fikir mübadiləsi aparılıb. 
 
Emin Əmrullayev məktəb direktorlarının nüfuzu, məktəb-icma münasibətləri, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, təhsilverənlərin sertifikatlaşdırılması mövzularında çıxış edib. 
 
Nazir tədrisin keyfiyyətinin artmasına yönələn tədbirlər barədə də məlumat verib. 
 
Görüşün sonunda direktorların çoxsaylı sualları cavablandırılıb.


Tarix: 28-08-2022, 21:46

Xəbəri paylaş