Dövlət Proqramı çərçivəsində 327 gənc xaricdə təhsil alacaq
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə təhsil alacaq gənclərin növbəti siyahısı təsdiqlənib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Proqramı çərçivəsində xaricdə 327 gəncimiz bu ildən başlayaraq xaricdə təhsil alacaq.
Tarix: 28-08-2022, 21:40
Xəbəri paylaş