ADNSU ilə Cənubi Qazaxıstan Dövlət Universiteti arasında əməkdaşlıq genişlənir
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Cənubi Qazaxıstan Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Bildirilib ki, imzalanma mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetin fəaliyyəti barədə məlumat verib. ADNSU-da 3 dildə tədris aparıldığını qeyd edən rektor, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri, ingilis dilində tədris, universitetin əcnəbi tələbələri və əməkdaşlıq üçün perspektiv sahələrdən danışıb. Eyni zamanda, universitetdəki HPC Mərkəzi, İnformasiya Texnologiyaları Akademiyası, Startap Mərkəzinin fəaliyyətindən bəhs edən M.Babanlı ikili diplom, müəllim-tələbə mübadiləsinin önəmini vurğulayıb.
Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru Dariya Kоjамjаrоvа ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, ikili diplom proqramlarının icrasından, ortaq elmi və təhsil layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Tarix: 25-08-2022, 19:30