İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 21-də 16 şəhər və rayonda I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, bu gündən etibarən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq.
Tarix: 21-07-2022, 16:02
Xəbəri paylaş